Millinin həkimi futbolçulara matç günündə sevişməyi qadağan etdi - FOTO

OXUNUB: 910 İDMAN

Dünya Çempionatı 2018-in matçları zamanı Braziliya millisinin futbolçuları xüsusi nəzarət altında olacaqlar.

Bu barədə məlumat İspaniyanın "Extra" qəzetində yayılıb. Məqalədə bildirilib ki, millinin həkimi Rodriqo Lasmarın dediyinə görə çempionat zamanı Braziliyalı futbolçuların intim həyatları cədvəlləşdiriləcək.

 

"Oyunçularımız sağlam gənclərdən ibarətdir. Seks təbii ehtiyacdır. Lakin çempionat zamanı onların intim həyatları tənzimlənəcək. Belə ki, oyun günlərində futbolçular sevgililərindən uzaq qalacaqlar. Onlara, sadəcə, matç olmayan gün görüşməyə icazə veriləcək", - Rodriqo söyləyib./milli

İcmal.Az

RƏYLƏR