Milyonçular üçün ən sürətli tank satılır - VİDEO - FOTO

OXUNUB: 669 MARAQLI

Ripsaw EV3-F1-i "tank" adlandırırlar. Halbuki bu tırtıllı, sürətli nəqliyyat vasitəsini tanka bənzədən, sadəcə, iki ünsürdür: tırtıllar və 1500 at güclü mühərrik.

Ripsaw EV3-F1 sürətli idman nəqliyyat vasitəsidir.

O, adrenalin və drayv həvəskarı olan pullu şəxslər üçün nəzərdə tutulub.

"Mini-tank"ın vuran ürəyi 1500 at gücündəki Hellcat mühərrikidir.

Ripsaw EV3-F1-in istehsalçısı olan Howe & Howe şirkəti 2,4 metr uzunluqda, 3315 kq çəkidəki nəqliyyat vasitəsini "aktiv istirahət üçün bir yerli tank platforması" adlandırır.

Mini-tankda gedişin ekstremal olduğunu nəzərə alan istehsalçı Ripsaw EV3-F1-i təhlükəsizlik kəmərləri və daha çox reaktiv qırıcı kabininə bənzəyən kabinlə təchiz edib.

 

Ripsaw EV3-F1-in minimal satış qiyməti 500 min dollardır./milli

İcmal.Az

Milyonçular üçün ən sürətli tank satılır - VİDEO - FOTO

Milyonçular üçün ən sürətli tank satılır - VİDEO - FOTO

Milyonçular üçün ən sürətli tank satılır - VİDEO - FOTO

Milyonçular üçün ən sürətli tank satılır

RƏYLƏR