Milyonluq məsləhətlərin tender qalibi olan "Ekvita Consulting" şirkəti nazir müavinindir?

OXUNUB: 327 Özəl GÜNDƏM
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu rüşvətxorluğa qarşı mübarizənin idarəetmə sistemləri beynəlxalq standartının tətbiqi ilə əlaqədar, məsləhət xidmətlərinə dair elan etdiyi açıq tenderin qalibi kimi "Ekvita Consulting" MMC şirkətini seçib.


AFN xəbər verir ki, bloger Həbib Müntəzir həmin şirkətlə bağlı maraqlı məlumat paylaşıb. Qeyd edilir ki, şirkət əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun yaxın qohumudur. "Qalib şirkətə 30 min manat ödəniləcək. Bundan əvvəl də başqa bir tenderlə əlaqəli eyni şirkətə DSMF tərəfindən 52,5 min manat, ƏƏSMN tərkibindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən isə 920 min manat ödənilib. Şirkətin direktoru İlqar Mehti adlı şəxsdir. O, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovla yeznə-qayındır. Rüşvətxorluqla mübarizə aparmaq üçün məsləhət alırlar, amma korrupsiyaya yol verərək" - Həbib Müntəzir qeyd edib.
Qarşı tərəfin mövqeyini almağa cəhd etsək də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat xidmətinin rəhbəri Fazil Talıb sorğumuzu cavablandırmadı./afn

RƏYLƏR