Minaya düşən azərbaycanlı gəncin vəziyyəti ağırdır: Qurşaqdan aşağı hissəsi amputasiya edildi - FOTO

OXUNUB: 1888 SOSİAL
Onlardan birinin bədəninin qurşaqdan aşağı hissəsi amputasiya olunub

Tovuz rayonunda iki dinc sakin minaya düşüb. İcmal.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan məlumat yayıb. Hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Kənd sakini, 14 yaşlı Elgün Hüseynov mal-heyvan otararkən piyada əleyhinə minaya düşüb. Onu ərazidən çıxarmaq üçün köməyə gedən 24 yaşlı Elşad Mehdiyev də bədənin müxtəlif yerlərindən qəlpə yaraları alıb.

Xəstəxanaya çatdırılan Elgün Hüseynovun vəziyyəti ağırdır. Həyatına təhlükə var. Sol ayağı və bədəninin qurşaqdan aşağı hissəsi amputasiya olunub. Elşad Mehdiyevin isə yüngül qəlpə yaraları ilə müalicəsi davam etdirilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.

İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə Azərbaycan-Ermənistan cəbhə xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.
Minaya düşən azərbaycanlı gəncin vəziyyəti ağırdır: Qurşaqdan aşağı hissəsi amputasiya edildi - FOTO
 

İcmal.Az

RƏYLƏR