Minaya düşüb ayağı kəsilən 14 yaşlı Elgünün FOTOSU

OXUNUB: 829 SOSİAL
Xəbər verdiyimiz kimi, Tovuz rayonunda iki dinc sakin minaya düşüb.

İcmal.Az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Kənd sakini, 14 yaşlı Elgün Hüseynov mal-heyvan otararkən piyada əleyhinə minaya düşüb. Onu ərazidən çıxarmaq üçün köməyə gedən 24 yaşlı Elşad Mehdiyev də bədənin müxtəlif yerlərindən qəlpə yaraları alıb.

Xəstəxanaya çatdırılan Elgün Hüseynovun sol ayağı və bədəninin qurşaqdan aşağı hissəsi amputasiya olunub. Elşad Mehdiyevin isə yüngül qəlpə yaraları ilə müalicəsi davam etdirilir.

14 yaşlı Elgünün fotosunu təqim edir:

Minaya düşüb ayağı kəsilən 14 yaşlı Elgünün FOTOSU
 

İcmal.Az

RƏYLƏR