Mingəçevir bazarında dözülməz vəziyyət (VİDEO)

OXUNUB: 561 Özəl GÜNDƏM
Bu barədə HİT.az-a şəhər sakinləri deyib. Onların sözlərinə görə, bazarın qarşısından keçmək mümkün deyil

"Üfunət iyindən baş çatlayır. Tullantıları yığan yoxdur. Bundan başqa ərzaqlar, ət və ət məhsulları, balıq və s. hamısı yerə səpələnib. Adi bir piştaxta belə yoxdur”, - deyə sakinlər bildirib.

Sakinlər deyib ki, bazarda karantin rejiminin qaydalarına da riayət olunmur: "Sosial məsafə gözlənilmir. Tibbi maskadan istifadə edilməməsi halları da var. Dezinfeksiyadan ümumiyyətlə söhbət gedə bilməz. Amma bizi narahat edən əsas məsə antisanitariyadır. Camaat buradan ət, balıq və başqa qida məhsulları alır. Belə bir şəraitdə satılan ərzaq xəstəliyə səbəb ola bilər. Amma bazarın rəhbərliyi bu barədə düşünmək belə istəmir”.

Sakinlər bu iddialarını təsdiq edən videonu da redaksiyamıza göndərib. Həmin kadrları təqdim edirik:

RƏYLƏR