Mingəçevir Dövlət Universitetinin rektoru "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin qonağı olub.

OXUNUB: 773 SOSİAL
Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov (Tural Karimov) müəssisənin təklifini qəbul edib öz vaxtını ayırdığı üçün Şahin müəllimə kollektiv və gənclər adından təşəkkürünü bildirib. Mövcud əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyini, şəhərimizdə yaşayan və ali təhsil alan gənclərin inkişafı məqsədilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçiriləcəyini qeyd edib.

Daha sonra çıxış edən Universitetin rektoru Şahin Bayramov gənc və perspektivli kadrlara hər zaman ehtiyac olduğunu vurğulayıb. Mingəçevir Gənclər Evinin fəaliyyəti ilə tanış olduğunu qeyd edən rektor gənclər üçün faydalı xidmətlər təqdim edən müəssisənin onların həyat və fəaliyyətində müsbət mənada dəyişikliyə səbəb olduğunu bildirib, qarşılıqlı əməkdaşlığın hər iki müəssisə üçün də faydalı olacağına əminliyini ifadə edib.

Ölkə başçısı İlham Əliyevin gənclərə yaratdığı imkanlardan danışan Şahin Bayramov gənclərin fikirlərinə xüsusi önəm verdiyini söyləyib: "Siz gənclərlə çalışmaq Bizi daim axtarışda olmağa, sizin təklif və təşəbbüslərinizin gerçəkləşdirilməsində səylə çalışmağa sövq edir. Mingəçevir Dövlət Universitetinin çatışmayan cəhətləri ola bilər, ancaq paytaxtda yerləşən ali məktəblərlə müqayisədə bir çox üstünlükləri də mövcuddur." Görüşün sonunda gənclərin təkliflərini dinləyən rektor onların suallarını səmimiyyətlə cavablandırıb.
 
İCMAL.Az

RƏYLƏR