Mingəçevir icra başçısından nümunəvi addım: TƏCRÜBƏ KEÇƏCƏK KÖNÜLLÜLƏRİ QƏBUL ETDİ

OXUNUB: 58 GÜNDƏM

Mingəçevir şəhər  İcra Hakimiyyəti "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
      Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.
       Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqlarını göstərirlər.  Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinə növbəti təcrübə keçmək üçün 3 gənc  qəbul edildi.  Sosial məsafəni qorumaqla keçən tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllülərə bildirdi ki,  bütün dünyada tüğyan edən COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri həyata keçir:” Biz çalışırıq ki, şəhər İcra Hakimiyyətinə aid olan  səlahiyyətlər çərçivəsində fəaliyyət davam etdirilsin. Könüllülük fəaliyyətinin azərbaycanda artıq səmərəsi görünür.Yəni Könüllülük İnstitutunun yaranması əslində gənclərin gələcək həyata hazırlanması və peşəkar fəaliyyətdə bir vəsilədir”. İcra başçısı gənclərə onu da bildirib ki,  Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da bu ideologiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğu vurğulanıb. Qeyd olunub ki, Könüllülər gündəlik iş proseslərində aktiv şəkildə iştirak edəcəklər”.
      Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində  bir çox biliklərə yiyələnəcklərini və gələcəkdə iş karyerasında əldə etdikləri təcrübədən yararlanacaqlarını bildiriblər.
      Sonda icra başçısı gənclərə  könüllülük  fəaliyyətində uğurlar arzulayıb.

RƏYLƏR