Mingəçevir icra hakimiyyəti ahıllara xüsusi diqqət göstərir - FOTOLAR

OXUNUB: 560 GÜNDƏM SOSİAL

 

BMT-nin Baş Məclisi tərəfindən1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. "Sosial xidmət haqqında” qanununa əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir və hazırda ölkəmizdə yaşı 70-dən yuxarı vətəndaşların sayı 440 minə yaxındır.

Bu münasibətlə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin ziyalı ağsaqqalları ilə görüşüb. Çay süfrəsi arxasında təşkil edilən görüşdə ahıllarla səmimi söhbət edilib.  Başçı onların həyat təcrübəsinə müasir gəncliyin daim ehtiyacı olduğu qeyd etməklə, keçdikləri şərəfli ömür yolunun və zəhmətsevərliklərinin hər kəs üçün nümunə olduğu bildirilib. O həmçinin ahıllara qayğının sosial siyasətimizin əsas istiqamətlərindən bir olduğunu da diqqətə çatdırıb.

 

Səmimi keçən görüşdə şəhərin ziyalı təbəqəsi   bu ziyarətin təşkilinə görə sevinclərini ifadə edib, işlədikləri illərlə bağlı öz xatirələrini bölüşərək, Vətənə, xalqa xidmət etməyin ən şərəfli iş olduğunu bildiriblər. Ahıllar yaşlarının ixtiyar çağında onlara dövlət qayğısının ilbəil artdığından razı qaldıqlarını deyərək, göstərilən hərtərəfli diqqətə görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər. Həmçinin şəhərdə aparılan abadlıq işlərinə görə icra başçısına minnətdarlıq bildiriblər. Onlar bu fürsətdən idtifadə edərək şəhərlə bağlı kiçik problemləri də dilə gətiriblər. Başçı onların toxunduqları məsələləri qeydiyyata götürüb tezliklə həllinə nail olacağını bildirib. Sonda ahıllara mingəçevirin yeni bələdçi bukletləri, Mingəçevir haqqında məlumat kitabçası və s. hədiyyələr təqdim edilib./alpaninfo.com

RƏYLƏR