Mingəçevir polislərindən vətəndaşa qayğı nümunəsi – ŞƏHƏRDƏ TƏHLÜKƏSİZLİK TAM TƏMİN EDİLİB (9 AYLIQ HESABAT)

OXUNUB: 526 SOSİAL
7NEWS.az xəbər verir ki, bu ilin fevral ayında Mingəçevir şəhər Polis Şöbəsinə yeni rəis təyin edildi. Olduqca təcrübəli, peşəkar və sədaqətli kadr kimi tanınan Teymur Hacıyev bu öncə Zərdab rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. 9 aylıq fəaliyyəti dönəmində T.Hacıyev şəhərin təhlükəsizliyinin və vətəndaş məmnunluğunun təminatı üçün kifayət qədər ciddi işlər görüb. 
Saytımız şəhərdə kiçik sorğu həyata keçirdir. Sorğunun əsas motivi "Siz Mingəçevir polisinə günənirsinizmi?” üzərində qurulmuşdu. Məsələnin maraqlı tərəfi odur ki, sorğuda iştirak edən hər 10 adamdan 8-i razı, 2-ci isə bu sistemlə hər hansı bir işinin olmadığını dedi. Sosioloji sorğu əslində şəhərin hazırki situasiyasının mənzərəsini tam çılpaqlığı ilə ortaya qoymuş oldu. 
Bundan başqa sosial şəbəkələr vasitəsi ilə saytımıza Mingəçevir polisləri ilə bağlı maraqlı hadisələri yazırlar. Onlardan birini təqdim edirik: "AzDres qəsəbəsindən bir taksi sürücüsü danışdıqlarını olduğu kimi təqdim edirik: "Gecə saat 03:30-da yaşadığım evin qapısı döyüldü. İki cavan oğlan qapının qarşısında durmuşdurlar mənə dedilər ki, 677 nömrəli sizin avtomobildir? Dedim bəli, dedi qardaş avtomobilinizin sağ qabaq aynası açıq qalıb. Mən tez aşarı götürüb aşağı düşüdüm, gördüm həqiqətəndə avtomobilimin aynası açıq qalmışdı. Polis əməkdaşları avtomobilə baxış keçirməyimi xahiş etdilər. Polislər mənim yanımı tərk etmədilər, mən maşınıma baxış keçirdim hər şeyin yerində olduğunu dedikdən sonra ərazini tərk etdilər”
Mövzunu davam etdirəcəyik.
 
 
İcmal.Az

RƏYLƏR