Mingəçevir Turizm Kollecinin direktoru Elşad Abdullayev yolu gedir - ŞOK TƏFƏRRÜAT

OXUNUB: 3531 GÜNDƏM Seçilmiş Önəmli TƏHLİL
Turizm sahəsində çalışacaq ixtisaslı kadrlar yetişdirilmir. Bunun günahı ixtisaslaşmış təhsil ocaqlarıdır

7NEWS.az cahan-a istinadən verdiyi məlumata görə, onlardan biri Mingəçevir Turizm Kollecidir. Bu kollecin direktoru Əyyub Əyyubovdur.

Əyyubov populyar adamdır. Azərbaycanda saxta diplom paylayan "San-Marino” universitetinin keçmiş rektorudur. Onun saxta diplom və tələbələrdən pul toplamaq sayəsində böyük təcrübəsi var. Qarabağ camaatı professoru yaxşı tanıyır. 

İndi Əyyubov praktikasını Mingəçevirdə tətbiq edir. Mingəçevir Turizm Kollecində səkkiz ixtisas üzrə 1800 tələbə təhsil alır və onların tədrisi ilə 160 nəfərə yaxın professor-müəllim heyəti məşğul olur. 

Mozalan.info yazıb ki, yarandığı gündən Mingəçevir Turizm Kollecində korrupsiya "yuva” salıb. Onu heç «buldozerlə» uçurmaq mümkün deyil. Əyyub Əyyubovun korrupsiya mexanizmi, mərkəzləşdirilmiş qaydada işləyir. O, bu təhsil müəssisəsini "ailə şirkətinə” çevirib.

Sayt yazıb ki, onun həyat yoldaşı Xanım Məmmədova Mingəçevir Turizm Kollecində "Dillər” fənn birliyinin sədri işləyir. Buradakı karyerasına, həyat yoldaşı ilə birlikdə 2003-cü ildən başlayıb. Əyyub Əyyubov kollecdə islahatlar adı altında, rüşvətin mərkəzləşdirilmiş qaydada toplanması mexanizmini qurub və bu işi Xanım Məmmədovaya tapşırıb. 

Kollecdə test komissiyası yaradılıb və imtahanlar test üsulu ilə götürülür. Bu üsulla Əyyub müəllimin məqsədi heçdə imtahanları stimullaşdırmaq deyil, ayrı-ayrı müəllimləri imtahan işindən kənarlaşdırmaqdır. 

Tədris olunan fənlərin sayını artırmaqla, imtahan suallarını getdikcə çətinləşdirərək və kəsilən tələbələrdən daha çox pul qoparılır.

Saytın media üzərindən verdiyi məlumata görə, direktor Əyyub Əyyubovun fəaliyyəti tələbə və müəllim heyətinin ürəyincə deyil Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun adı mətbuatda tez-tez çəkilir. Buna səbəb onun rəhbərlik etdiyi təhsil müəssisəsində baş alıb gedən özbaşınalıqlar, tələbələrin incidilməsi və yarıtmaz idarəçilikdir.

Kollecdə semestrin qiyməti tələbələrə 300 manata başa gəlir. Əgər tələbə digər fənlərdən imtahanları özü verib cəmi bir fəndən kəsiləndə və həmin kəsri düzəltmək üçün 150 manat «rüsum» verməlidir. Kollecdə test komissiyası yaradılıb və imtahanlar test üsulu ilə götürülür.

Bu üsulla Əyyub Əyyubovun məqsədi heç də imtahanları stimullaşdırmaq deyil, ayrı-ayrı müəllimləri imtahan işindən kənarlaşdırmaqdır. Tədris olunan fənlərin sayını artırmaqla, imtahan suallarını getdikcə çətinləşdirərək və kəsilən tələbələrdən daha çox pul qazanmaq üçündür. 

İllər əvvəlki qaydalar da dəyişməyib. Kollecin tələbəsi Əfsanə Baxışova virtualaz.org saytına bildirmişdi ki, ondan tələbə bileti üçün 16 manat istənilib. Sinif otağının təmiri üçün isə hər tələbədən 5 manat yığılıb: 

"Biz təhsilhaqqını ödəmişik. Kollecə yüksək bal toplayaraq qəbul olunan tələbələr təqaüd alırlar. Təqaüd kartına görə onlardan 20 manat istənilib. Biz təhsilhaqqını güclə ödəyirik. Bu pulları haradan alıb verək?!”

Həmin kollecdə təhsil alan Mətanət Vəliyeva da məcburi pul yığımından şikayətlənmişdi: "Bizim qrupun rəhbəri 20 manat verməyimizi tələb edir. Deyirlər ki, pulu rəhbərlik istəyib. 20 manatın 16 manatı tələbə biletinə, 4 manatı isə jurnala görə verməliyik”. 

Kollec direktorunun mövqeyini dərc etməyə hazırıq.

RƏYLƏR