Mingəçevirdə 35 yaşlı ağac qəsdən qurudulur - FOTO

OXUNUB: 562 SOSİAL

Mingəçevir şəhərində 30-35 il öncə əkilən Qovaq ağacının qəsdən qabığı soyulub.

Mingəçevir Şəhər Dezinfeksiya Stansiyasının həyətində yerləşən bu ağac naməlum şəxs və ya şəxslər tərəfindən qəsdən onu qurutmaq məqsədi ilə bu vəziyyətə salınıb.

Stansiyanın şöbə müdiri Zahid Məmmədovun bildirdiyinə görə, idarə işçiləri təxminən 2 ay öncə bayram tətilindən qayıtdıqdan sonra bu mənzərə ilə üzləşiblər.

Kök hissəsindən təxminən bir metr hündürlükdən soyulan ağacın qabığı da elə yaxınlığına atılıb. Səkkiz saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları faktla bağlı irigövdəli ağacın yerləşdiyi əraziyə baxış keçiriblər.

İdarənin sektor müdiri Qərib Abdullayev məsələ ilə bağlı adiyyəti şəxslərdən izahat alınaraq akt tərtib ediləcəyini və cavabdehlərin tapılması üçün müvafiq qurumlara məlumat veriləcəyini bildirib.

Yaşıllıqların məhv edilməsinə görə cərimələr bitkinin cinsindən, ölçüsündən asılı olaraq dəyişir./report

 

İcmal.Az

RƏYLƏR