Mingəçevirdə daha bir nümunəvi məhəllə istifadəyə verildi - QURUCULUQ İŞLƏRİ UĞURLA DAVAM EDİR

OXUNUB: 437 İQTİSADİYYAT
Energetiklər qəsəbəsində istifadəyə verilən 8-ci nümunəvi məhəllənin açılışı fevralın 12-də baş tutdu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İcra Hakimiyyətinin nəzdindəki məşfərət şurasının üzvləri, aparatın məsul şəxsləri, mətbuat işçiləri ilə yanaşı Naxçıvan küçəsi 50/1, 50/2, 52/1 nömrəli binalarının əksər sakinləri açılış mərasimində iştirak edirdilər. Nümunəvi məhəllənin hazırlanmasında Mənzil Kommunal Təsərrüfatı Kombinatının və  işıqlandırma idarəsinin  işçiləri yaxından iştirak ediblər.
Nümunəvi məhəllədə çoxlu sayda ağaclar, o cümlədən 54 sərv ağacı, 82 çinar ağacı əkilmişdir. Burada uşaq əyləncə qurğuları, uşaqlar üçün məhəccərlər, turnuklər, sürüşkənlər, oturacaqlar, iki söhbətgah, zibil atmaq üçün qablar, işıqlandırma sistemi hazır vəziyyətə gətirilmişdir.




RƏYLƏR