Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

OXUNUB: 731 HADİSƏ

Mingəçevirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.

"Mercedes" və "Chevrolet" markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların kimliyi dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

7News.Az

RƏYLƏR