Mingəçevirdə ölkə turizminə səs salacaq layihə: KÜR ÇAYINDA YERLƏŞƏN ADA-da İŞLƏR DAVAM EDİR+VİDEO+FOTO

OXUNUB: 2694 GÜNDƏM Seçilmiş Önəmli İQTİSADİYYAT

İCMAL.az xəbər verir ki, son 5 ildə Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına müvafiq olaraq turizm üçün perspektivli regionlarda geniş infrastruktur işlər getməkdədir. Belə regionlarımızdan biri də ölkənin dördüncü böyükşəhəri olan Mingəçevirdir. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərliyi ilə artıq bir neçə ildir ki, irimiqyaslı infrastruktur layihələr reallaşmaqdadır. Amma və lakin...

Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.

Azərbaycan kontekstində də ölkənin diversifikasiyası, regionların inkişafı üçün məhz bu sənaye həlledici əhəmiyyət kəsb edir. Turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva dəfələrlə qeyri-neft sektorunun inkişafı kontekstində turizmin prioritet istiqamət olduğunu qeyd ediblər.

Bununla yanaşı, ölkəmizdə turizm sahəsində ciddi problemlər hələ də qalmaqdadır. Bu problemlər özünü daha çox bəzi qurumların bu prosesə bürokratik əngəllər yaratmasında göstərir. Mingəçevir şəhəri turizm imkanlarına görə regionlar arasında xüsusi çəkiyə malikdir. Bu mənada burada yaradılan və yaradılacaq bütün turizm layihələri birmənalı şəkildə dəstəklənməlidir.

Redaksiyamıza daxil olan məlumat isə bu baxımdan çox önəmlidir. Məsələ burasındadır ki, turizm üzrə ixtisaslaşan şəhərdə 2013-cü ildə ADA yaradıldı. ADA daha sonra Mingəçevirdəki "River Side” otelinin ərazisinə daxil edildi. Oteldən adaya qədər olan məsafə 4 kilometr, ərazisi isə 3 hektardır. Dörd ildən artıqdır ki, adada təmizlik işləri aparılır, müxtəlif infrastruktur yeniliklər edilir, təbii landşaft bərpa edilir, turistlər üçün imkanlar açılır. Adada əsasən paintball yarışları keçirilir. Adanın ərazisində isə balıqçılıq və ovçuluq üçün əlverişli şərait yaradılıb. Turizm obyektlərinin əsasən Kür çayının sahilində yerləşməsi və idman yarışlarının burada keçirilməsi hər il əraziyə minlərlə turist axınına səbəb olacağı şübhə yaratmır. Lakin bu məqamda da müəyyən problemlər özünü biruzə verməkdədir.

Məsələ burasındadır ki, 2013-cü ildən ADA-nı rəsmi icarəyə götürən River Side otelinə qarşı təxribatlar səngimir. Belə ki, adaya xeyli sərmayə qoyan sahibkar hər il yüzlərlə ağac əkir, yaşıllıq salır. Lakin mütəmadi olaraq hər dəfə bu ağaclar məhv edilir, ADA-ya külli miqdarda zərbə vurulur. Lakin bu sahibkarı yolundan çəkindirmir. Belə ki, otel rəhbərliyi ADA ilə bağlı dünyanın bir sıra nüfuzlu turizm şirkətləri ilə danışıqlar aparıb, İsrailin bir neçə turizm şirkətini rəmi şəkildə Mingəçevirə dəvət edib. Bu ölkəmizdə turizm adına böyük uğurdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEAİctimai Birliyinin təsisçisi və rəhbəriLeyla Əliyevaölkədə təbii turizm infrastrukturlarının yaradılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirib. Bu layihələrin bir qismi həm də beynəlxalq əhəmiyyət kəsb edir. Yaşıllıqların salınması, adaların bərpa edilməsi, heyvanlar üçün münbit təbii infrastrukturun yaradılması bu siyasətin tərkib hissəsidir. Bu mənada Mingəçevirdəki ADAnı yox etmək əvəzinə, onu dirçəltmək və inkişaf etdirmək lazımdır.

İCMAL.az

 







 

RƏYLƏR