Mingəçevirdə müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunmuş videokonfrans keçirilib - FOTOLAR

OXUNUB: 91 SİYASƏT
 
Mingəçevir şəhər İcra Hakimiyyəti ilə YAP şəhər təşkilatı birgə 18 oktyabr - Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar videokonfransı keçirib. Videokonfransda şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılovla yanaşı, Milli Məclis sədrinin birinci müavini, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli də iştirak edib.
Videokonfransı şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov  açaraq bildirib ki, "YAP Şəhər təşkilatı ilə birgə təşkil olunan "Heydər Əliyev – Müstəqilliyimizi əbədiləşdirən tarixi şəxsiyyət” mövzusunda video konfransımız Dövlət müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunub. Bu əlamətdar gün münasibətilə bütün mingəçevirliləri təbrik edirəm və konfransı açıq elan edirəm”. 
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmizin vətəndaş müharibəsindən, müstəqilliyinin itirilməsi  təhlükəsindən qurtardığını deyən İlham İsmayılov, əlavə edib ki, ötən 30 il ərzində aparılan uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmlənmiş, iqtisadiyyatımızın inkişaf etmiş və mədəniyyətimiz  zənginləşmişdir. Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan dəqiq, sərrast və qətiyyətli siyasət barədə söz açan İcra başçısı, vurğulayıb ki, bu siyasətin nəticəsində Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuş, regionun lider dövlətinə çevirilmişdir.
 "Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız şanlı ordumuzun qalibiyyəti ilə azad olundu və  sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə  bərpa işləri aparılır.” - deyə İlham İsmayılov qeyd edib.
Daha sonra çıxış edən Minlli Məclisin sədr müavini Əli Hüseynli qeyd edib ki, "Bir əsrdə Azərbaycanın dövlət müstəqilliyinin həm elan olunması, həm də bərpa edilməsi əlamətdar hadisələrdir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək, çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Xalqımız 1991-ci il oktyabrın 18-də isə müstəqilliyinin bərpasını qeyd edib.” 
Əli Hüseynlinin sözlərinə görə, Parlamentə cənab Prezident tərəfindən dövlətçilik tariximiz üçün əhəmiyyətli olan "Müstəqillik günü  haqqında” qanun layihəsi təqdim olunmuşdu. Bu qanun layihəsi dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən də müstəqilliyimizin keçən əsrin əvvəllərində əldə edilməsi, sonunda isə bərpası kimi  tarixi günlərin daha dəqiq ifadə olunması zərurətindən irəli gəlirdi. Belə ki, 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. 
1991-ci ilin oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında "Konstitusiya Aktı”na əsasən xalqımız öz müstəqilliyini bərpa etmişdir.  Bu tarixi günlərin mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması yeni qanun layihəsində öz əksini tapmışdır. Buna görə də tam məntiqlidir ki, 1918-ci illə bağlı tarixi hadisə - mayın 28-i Müstəqillik günü, 1991-ci illə bağlı hadisə - oktyabrın 18-i isə Müstəqilliyin Bərpası günü elan edilsin
Konfransda eyni zamanda, YAP Mingəçevir şəhər  təşkilatının sədri Cavanşir Yusubov, Mingəçevir Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günel Yunusova, Gənclər və İdman idarəsinin rəisi, YAP Mingəçevir şəhər təşkilatının Şura üzvü Kamal Nəcəfli çıxış ediblər.
Нет описания.
Нет описания.
Нет описания.
 

RƏYLƏR