Mingəçevirdə piyadanı vuraraq qaçan sürücü maşınla dirəyə çırpılıb

OXUNUB: 514 HADİSƏ

Axşam saatlarında Mingəçevir şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Şəhərin Təbriz küçəsi ilə hərəkətdə olan naməlum markalı maşın təqribən 40-42 yaşlı piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb.

Lakin maşın 600-700 metr getdikdən sonra idarətemədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Vurulan piyadanın Mingəçevir balıqçılıq müəssisəsinin Anar adlı əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR