Mingəçevirdə qız intihar etmək istədi

OXUNUB: 848 HADİSƏ

Mingəçevir şəhərində daha bir gənc qız intihara cəhd edib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Puşkin küçəsində yerləşən evlərdən birində baş verib. 

Belə ki, şəhər sakini, 1997-ci il təvəllüdlü  U.A hələlik məlum olmayan səbəblərdən sirkə turşusu içərək, özünü öldürmək istəyib. O, huşsuz və ağır vəziyyətdə qohumları tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Report-un yerli bürosuna bildirilib ki, U.A-nın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb. 

İcmal.Az

RƏYLƏR