Mingəçevirdə qıza görə mübahisə edən şəxs damarlarını kəsib

OXUNUB: 549 HADİSƏ

Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib.

Şəhərin Təbriz küçəsində yaşayan 1984-cü il təvəllüdlü yerli sakin Quliyev Səməd Eyyub oğlu kəsici alətlə qollarını doğrayaraq özünə ciddi xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Əldə edilən məlumata görə, hadisə qısqanclıq zəminində olub. O, qıza görə, kiminləsə mübahisə etdikdən sonra əsəbiləşib və özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR