Mingəcevirdə saglam nəsil saglam gələcək adi altında Güc idman növləri fesdifalı kecirilib

OXUNUB: 1349 İDMAN
Mingəçevirdə "sağlam nəsil, sağlam gələcək" adı altında güc idman növləri festivalı keçirilib

Bu   idman  tədbirinin  ilk günü  sumo (yapon  güləşi) və Mas  wrestling idman  növləri  üzrə  yarış  keçirilib

Yarışda  Mingəçevirlə  yanaşı,  bir  çox rayon  və  şəhərlərdən,  Naxçıvan M.R, Gəncə, Bərdə, Agcabədi, Lənkaran, Zaqalata, Ucar, Yevlax  idmançıları  iştirak edib.

Yarışı  izləməyə  gələnlər  arasında idman mütəxəssisləri ilə yanaşı, Mingəçevir  şəhər  icra hakimiyyətinin başçısı cənab Niyazi Bayramov və Mingəçevir  şəhəri Polis şöbəsinin  rəisi cənab polkovnik Cavid Muradovda olub. Və  idmançılara dəstək  olub, hər kəsə  sağlam həyat arzu ediblər.

Yarışın  ikinci  günü isə  Ağırlıq  qaldırmanın Powerlifting  növü  üzrə  Mingəçevir  şəhər  açıq  çempionatı  keçirilib.

Yarışda  Azərbaycan  powerlifting  Fedarasiyasının  vitse-prezidenti, dəfələrlə dünya, Avropa çempionu,   dünya rekordçusu  Rüfət Ağayev də  iştirak edib və  idmançılara  dəstək  olub.

Yarışın  sonunda  isə  Azərbaycan  powerlifting  Fedardiyasının bir neçə  idmançısı  Dünya Avropa  çempionları Vüsal  Mərdanov, Namiq  Mehdiyev, Rövşən Xəlilov, Zərifə Hüseyinova, Respublika  çempionları, Beynalxalq Yarışların Mükafatçıları Elxan Muxtarlı, Bəxtiyar Abdullayev, Murad Abdullayev Power  Shou  Tədbrində  iştirak edərək idman sevərlər qarşısında Ağırlıqlar  qaldıraraq  yarışa  bir  başqa  rəng qatıblar.

Tədbirin  sonunda isə  yarış  qalibləri  və  Fəxri  qonaqlara Yarışın  Sponsoru Sibirski zdaroviya  korporasiyasının Rəhbəri  Alla Pavlova tərəfindən  hədiyyələr verilib.

Sonda onu da qeyd edək ki, yarışı  dünya , Avropa  çempionu, dünya  Rekordçusu Samir Məmmədovun Təşşəbüsü ilə Mingəçevir Gənclər idman idarəsinin  Rəisi Kamal Nəcəfli Təşkil  edib  və  gələcəkdə də belə  yarışların  olacağını qeyd ediblər. 

İcmal.Az



 

RƏYLƏR