Mingəçevirdə tapılmış kişi meyitinin kimliyi məlum olub

OXUNUB: 741 SOSİAL

Ötən gün Mingəçevir şəhərində, 20 Yanvar küçəsindəki 4 mərtəbəli yarımçıq tikilidə tapılmış meyitin kimliyi məlum olub.

Cəsədin şəhər sakini, 1971-ci il təvəllüdlü Nəsrullayev İrfan Əhliman oğluna məxsus olması müəyyənləşdirilib.

Onun içki düşkünü olduğu, bu səbəbdən yaxınlarından ayrı yaşadığı bildirilir. İ.Nəsrullayev hər axşam sərxoş vəziyyətdə 20 Yanvar küçəsindəki dördmərtəbəli yarımçıq tikilidə gecələyib. İlkin məlumata görə, onun ölümünə zəhərlənmə səbəb olub.

Mərhumun həm də xəstəlikdən əziyyət çəkdiyi bildirilir./report

 

İcmal.Az

RƏYLƏR