Mingəçevirdə təcili tibbi yardım avtomaşını qəzaya düşdü – YENİLƏNİB

OXUNUB: 842 HADİSƏ

Mingəçevir şəhərində təcili tibbi yardım maşını iki avtomobillə toqquşub, 9 nəfər xəsarət alıb.

Hadisə zamanı "VAZ-2110” markalı avtomobildə olan ana və üç uşağı, həmçinin təcili tibbi yardım avtomobilində olan tibbi bacısı Elnarə Rəhimova yüngül bədən xəsarətləri alıb və onlara ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 

Qeyd edək ki, qəzaya düşən tibbi yardım avtomobilində ağır xəstə olub. Hadisə  xəstəni Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apararkən baş verib./report

 

İcmal.Az


RƏYLƏR