Mingəçevirdə yenidən başlayan yanğınla bağlı SON XƏBƏR

OXUNUB: 587 SOSİAL
Xəbər verdiyimiz kimi, Mingəçevirdə yerləşən "Azərbaycan İES”-də yenidən yanğın başlayıb.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Mingəçevir icra başçısının müavini- Şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova bildirib ki, yanğın artıq söndürülüb: "Yanğın nə blokların nə də stansiyanın işinə təsir etməyib. Bloklar hamısı fəaliyyət göstərir. İşə salınmış bloklar hazırda fəaliyyətini davam etdirir. Yanğının həmin bloklara heç bir təsiri olmayıb”. 

İcmal.Az

RƏYLƏR