Mingəçevirdə yüzlərlə şam ağacı qəsdən qurudulur: ŞƏHƏR EKOLOJİ FƏLAKƏTİN ASTANASINDA

OXUNUB: 542 Özəl İQTİSADİYYAT HADİSƏ
7NEWS.az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda qeyd olunur ki, Kür çayı sahilində, "Şamlıq" adlanan ərazidə yüzlərlə iynəli şam ağacları qəsdən qurudulur. Məsələ burasındadır ki, eyni mənzərəyə Mingəçevir şəhər Dostluq parkında, Uşaq şəhərciyi parkında və el arasında "Manıslar" parkı deyilən ərazidə rast gəlmək mümkündür. İddiada qeyd olunur ki, şəhər bələdiyyəsi ilk mərhəhələdə ağacları qurudur, sonra ərazini müxtəlif şəxslərə satır. Beləliklə ərazini alan şəxs rahat şəkildə ağacları heç bir cərimə olmadan məhv edə bilir. 
7NEWS.az

RƏYLƏR