MİNGƏÇEVİR YAP-dan UNİKAL ADDIM - Aydın Mirzəzadənin tapşırığı ilə prezidentə məcburi müraciət hazırlanır

OXUNUB: 2926 Özəl SİYASƏT

Xeberim.com saytı xəbər verir ki, bu barədə Mingəçevir şəhərində, dövlət müəssisələrinin birində çalışan rəhbər şəxs məlumat verib. 

Mənbə qeyd edir ki, bütün şəhər əhalisi Aydın Mirzəzadəyə nifrət edir: "Tam səmimi deyirəm, 20 ildir şəhərin deputatı olan bu şəxs sanki Mingəçevirə, şəhər əhalisinə nifrət edir. Ab-hava o qədər aşkar, o qədər eybəcərdir ki, bunu təsdiqləməyə belə ehtiyac yoxdur. Əhali arasında yüngül sosioloji sorğu keçirmək bütün mənzərəni ortaya qoymağa kifayət edir. Aydın Mirzəzadə vəziyyətin biabırçı həddə olduğunu gözəl anlayır, məhz buna görə Mingəçevir YAP təşkilatının sədri Cavanşir Yusubova xüsusi tapşırıq verib. Məsələ burasındadır ki, əvvəllər Aydın Mirzəzadənin müavini olan Cavanşir Yusubov bütün idarə və müəssisə rəhbərlərinə zəng edərək kollektiv şəkildə Prezidentə "Biz Aydın Mirzəzadəni yenidən deputat görmək istəyirik" məzmunlu müraciətlər yazmağı "əmr" edib, əks halda işdən azad olunmayla hədələyib. Bu üsulla, Aydın Mirzəzadə saxta yolla ölkə rəhbərliyinin gözündə özü barədə müsbət rəy yaratmağa çalışır. Mingəçevir YAP təşkilatının sədri hədə-qorxusunda xüsusi olaraq qeyd edib ki, bu tapşırıq YAP icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının yeni rəhbəri Samir Nuriyev və PA şöbə müdiri Zeynal Nağdəliyevdən gəlib. Cavanşir Yusubov onu da bildirib ki, artıq Aydın Mirzəzadə Zeynal Nağdəliyevlə görüşüb və onun razılığını alıb. Ancaq bu şəhərdə yüngül sorğu keçirsəniz, nəticəni özünüz görəcəksiniz. Uşaqdan-böyüyə, fəhlədən tutmuş, vəzifəliyə qədər, hətta YAP-da olan gənclər, vəzifəlilər belə Aydın Mirzəzadənin 20 illik saxta seçiminə etiraz edirlər, yenilik istəyirlər".

Mövzunu davam etdirəcəyik.

RƏYLƏR