MİNGƏÇEVİRDƏ KÜR ÇAYININ QABAĞI KƏSİLDİ: "Sədərək" Yusifin ekoloji terrorunun daha bir VİDEOSU

OXUNUB: 2438 index-manşet HADİSƏ

 

Mingəçevir şəhərinin ən strateji hissəsi, Kür çayının avarçəkmə üzrə Beynəlxalq "Prezident Kuboku” reqatası keçirlən yeri "Sədərək Yusif”in "DEKA” şirkətinə satıb.

Bu haqda saytımızaməlumat verən şəhər sakinləri bildirib ki, məsələ ilə bağlı 117 nəfər Mingəçevir sakini tərəfindən Kür çayının gəzinti zolağında, o cümlədən suyun içərisində tikilmiş qanunsuz qazanc obyektləri ilə bağlı ölkə prezidentinə müraciət ediblər.

Müraciətdə bildirlir ki, məsələ ilə bağlı 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə, o cümlədən Mingəçevir Şəhər İcra Hakimiyyətinə rəsmi sorğu göndərilib. Bundan sonra 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi qanun pozuntusuna üç dəfə müdaxilə edib.

Kanal32 saytı yazır ki, sonucu dəfə adıçəkilən şöbənin rəis müavini Samir Abdullayev və Baş müfəttiş Kür çayının yatağında tikilimiş "İnci”kafesində olub və məhz bu kafenin sahibinə məxsus olduğu bildirilən "DEKA” şirkəti tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün verilən "Məcburi göstəriş”in yerinə yetirilmədiyi əyani şəkildə müəyyən edilib.

8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarını görən kimi əraziyə adlarını və vəzifələrini açıqlamayan bir neçə şəxs gələrək fəhlələri oradan uzaqlaşdıraraq, "DEKA” şirkətinin rəhbərliyinin burada olmadığını bildiriblər.

Telefonla Bakıdakı qeyri-müəyyən adamlarala uzun-uzadı danışıblar. İdarə əməkdaşları tərəfindən isə onlara məlumat verilib ki, "DEKA”şirkəti qanunvericiliyin tələblərini kobud şəkildə pozub və göndərilən rəsmi xəbərdalıqlara əməl etməyib.

Ona görə də müvafiq hüquqi normativ sənədlərə və mövcud qanunvericiliyə uyğun olaraq akt tərtib olunacaq.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, inşaat aparılan əraziyə "Ağsaray” öteldən gələn Yusif Qədimbəylinin işçiləri akt tərtib edilməsində iştiraka dəvət edilsələr də, onlar bundan boyun qaçırıblar.

Ancaq buna rəğmən 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları üzərlərinə düşən vəzifəni yerinə yetirərək, yol verilmiş qanun pozuntusuna görə "İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə uyğun olaraq tərtib edilən 52947 nömrəli akt əsasında "DEKA” şirkətinə cərimə kəsdilər.

Ən diqqətçəkən məqam isə odur ki, şəhər sakinlərinin ölkə başçısına etdikləri müraciətə baxmayaraq, Kür çayın içərisində tikintinin aparılmasına biabrçı sərəncam verən Mingəçevir Şəhər İcra Hakimiyyətinin nə rəhbərliyi, nə də Baş memar Etibar Abdullayev bir dəfə də olsun əraziyə gəlməyiblər.

Xatırladaq ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli haqda son günlər analoji xəbərlər yayılmaqdadır. Belə ki, iş adamı Xəzər Dənizini qanunsuz hasarladığı üçün həm Əmlak Məslələri üzrə Dövlət Komitəsi, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnib. Amma Y. Qədimbəyli məhkəməyə müraciət edərək cərimələri ləğv etdirib./yenisabah

7NEWS.az xəbər verir ki, Kür çayı tək ölkəmiz üçün deyil, region üçün strateji əhəmiyyətə malikdir. Mingəçevir Su Elektrik Stansiyasına gedən su axınının qarşısını kəsmək həm ekoloji, həm texnoloji, həm də siyasi problemlərə gətirib çıxarda bilər. Bunu öncədən dərk edən şəhər sakinləri məhz bu səbəblərə görə Kür çayının böyük bir hissəinin zəbt olunmasına qarşı çıxırlar. Sakinlərin TV7-yə verdiyi məlumata görə onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ekoloji terrora son verəcəyinə inandıqlarını bildiriblər. Müraciətdə qeyd olunur ki, sakinlər həm də zəngin təbii ehtiyata malik Kür çayının bu prosesdə ciddi zərər görəcəyindən narahatdırlar.

Mövzunu davam etdirəcəyik.

7NEWS.az

RƏYLƏR