“Mini Cooper”in üzərinə benzin töküb yandırdı - VİDEO

OXUNUB: 745 MARAQLI HADİSƏ

Rusiyanın Sankt-Peterburq şəhərində park edilmiş avtomobilin yandırılma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident aprelin 25-də çay sahili Moykada qeydə alınıb.

Kadrlarda, park edilmiş "Mini Cooper” markalı avtomobilə bir şəxsin yaxınlaşdığı və üzərinə özü ilə gətirdiyi bidondakı benzinin tökdüyü görülür. Bundan sonra alışqanla maşını yandırır və çantasını götürərək hadisə yerini qaçaraq tərk edir.

Hazırda polis hər yerdə yanğını törədən cinayətkarı axtarır.

RƏYLƏR