"Minsk-2019": Hacı Əliev və Nurməhəmməd Hacıyev 1/4 finalda (YENİLƏNİB)

OXUNUB: 1210 İDMAN
97 kq çəki dərəcəsində yarışan Nurməhəmməd Hacıyev 1/8 finalda polşalı Radoslav Baranlaqarşılaşıb.

İcmal.Az xəbər verir ki, döyüş idmançımızın 8:0 hesablı qələbəsi ilə yekunlaşıb. Onun 1/4 finaldakı rəqibi isə gürcüstanlı Elizbar Odikadze olacaq.

Hacı Əliyevin də 1/4 finaldakı rəqibi müəyyənləşib. Həmyerlimiz yarımfinala vəsiqə uğdunda belaruslu Georgi Koliyevlə üz-üzə gələcək.

12.50

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir.

İcmal.Az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyanla qarşılaşıb. 65 kq çəki dərəcəsində baş tutan görüşdə idmançımız rəqibini 6:0 hesabı ilə məğlub edib. 

Digər sərbəst güləşçimiz Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovu yensə, fəxri kürsüyə yüksələcək.

86 kq çəkidə yer alan Aleksandr Qostiyevin isə bürünc medal görüşündə rəqibi müəyyənləşib. Qostiyev təsəlliverici görüşdə qələbə qazanan san-marinolu Nazem Mines Amine ilə qarşılaşacaq.
 
 
 
İcmal.Az

RƏYLƏR