Miryusifin meyitini daşımaqda qardaşına kömək edib, cəsədin qanını yuyub və... - Təfərrüat

OXUNUB: 1466 SOSİAL
Bərdə rayonunda meyiti aşkar edilən xanəndə Miryusif Mirizadənin ölümünün yeni təfərrüatı məlum olub.

İyulun 31-də M.Mirizadə xanəndə həmkarı Novruz Hüseynovun evinə qonaq gedib.

Ağcabədi rayonu Qiyamadinli kəndi ərazisində fermada yaşayan Hüseynovlar ailəsi hava isti olduğuna görə qonağa yatmaq üçün həyətdə yataq açıblar. Hər iki dost gecə taxtın üzərində yatıblar. Səhərə yaxın N.Hüseynov yatılı vəziyyətdə olan dostu Miryusif Mirizadəyə mətbəx bıçağı ilə çox saylı zərbələr endirib. Çöldə səs küyün gəldiyini eşidən Novruzun qardaşı Elçin həyətə çıxdıqda hər tərəfin qan içində olduğunu və Miryusifin öldüyünü görüb. Bundan bir neçə dəqiqə sonra anası çölə çıxsa da bildirilib ki, Miryusifin ürəyi pis olub şəhərə dərman almağa gedirlər. Bundan sonra meyiti qardaşı ilə birlikdə avtomobilə qoyan Elçin qardaşını hadisə yerindən uzaqlaşdırsa da özü hadisə yerində qalaraq ərazidə təmizlik işləri apararaq qan izlərini yuyub. Bununla da hadisəni gizlətməyə çalışıb.

Şahidlərin dindirilməsi zamanı məlum olub ki, həm M.Mirizadə, həm də N.Hüseynov narkotik maddə qəbul edirmişlər. Onlar hadisə baş verən gün Ağcabədi şəhərində dostları ilə birlikdə pivə içiblər. Hər iki dost daha sonra narkotik tərkibli "Spais" dərmanı qəbul ediblər.

İlkin araşdırmalara görə, N.Hüseynov dostluq münasibətində olduğu Miryusifi öldürməsinə səbəb isə qısqanclıq olub. Belə ki, sənətdə ondan irəlidə olması və məclislərə daha çox dəvət olunması Novruzda qısqanclıq yaradıb.

Qeyd edək ki, hadisə ilə bağlı N.Hüseynovun qardaşı Elçin Hüseynov saxlanılıb. O, cinayəti bilib gizlətməkdə şübhəli bilinir. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, avqustun 1-də xanəndə Novruz Hüseynovun meyti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin isə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda istintaq davam etdirilir./report
 

İcmal.Az

RƏYLƏR