Misir ordusu terror aktını törədən terrorçuların silah bazasını məhv edib

OXUNUB: 557 DÜNYA

Misir hərbi hava qüvvələri Sinay yarımadasının şimalında er-Rouda məscidində baş verən terror aktından sonra terrorçuların mövqelərinə hava zərbələri endirib.

Hava zərbələri nəticəsində terrorçuların bir neçə nəqliyyat vasitəsi və silah və hərbi sursat bazası məhv edilib.

Qeyd edək ki, ötən gün Misirin Sinay yarmadasında məscidə hücum nəticəsində 235 nəfər ölüb, 120-dən çox adamın isə yaralandığı bildirilir./trend

 

İcmal.Az

RƏYLƏR