Misirdə avtobus qəzası: 2 ölü 44 yaralı

OXUNUB: 205 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Misirin Sinay yarımadasındakı Cənubi Sinay Qubernatorluğunda yolda baş verən avtobus qəzasında 2 nəfər ölüb, 44 nəfər yaralanıb. Xəsarət alanlar arasında 13 nəfərin Misir polisi olduğu, hadisə yerinə 17 təcili yardım, mülki müdafiə və yanğınsöndürmə briqadasının göndərildiyi bildirilib. Hadisə ilə bağlı istintaqa başlamaq üçün prokurorluğa məlumat verilib. Misirdə yol təhlükəsizliyinin zəif olması, baxımsız infrastruktur və yol hərəkəti qaydalarındakı çatışmazlıqlar səbəbindən hər gün ölümlə nəticələnən qəzalar baş verir.

İcmal.az

RƏYLƏR