Misirin kəşfiyyat rəhbəri “Həmas”ı İsraillə hədələdi

OXUNUB: 113 DÜNYA

Qəzzada son illərin ən kütləvi iğtişaşlarının baş verdiyi bir vaxtda "Həmas” lideri İsmayıl Xaniya xüsusi helikopterlə Qahirəyə gedib.

İcmal.Az xəbər verir ki, bununla bağlı "İsrael a-Yom” qəzetinin jurnalisti Daniel Sirioti məlumat verib.

O bildirib ki, Xaniya Misirin kəşfiyyat rəisi Abbas Kamelem tərəfindən Qahirəyə çağırılıb. 

Misir güc strukturlarına istinadla xəbər verən Sirioti yazıb ki, Kamel əvvəlcə Xaniyanı gözləməyə məcbur edib, bundan sonra onun üstünə qışqırıb və Qəzza zolağının təhlükəsizlik hasarından sakinlərin geri çağırılmasını kobud şəkildə tələb edib.

Qərargahda Xaniyaya başa salıblar ki, əgər vəziyyət belə davam etsə, İsrail hücuma keçəcək və "Həmas” liderləri məhv ediləcək.

Mənbənin sözlərinə görə, Kamel İsrailin dayanmaq fikrinin olmadığını başa düşdükdən sonra məsələyə müdaxilə edib.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}