“Miss İndoneziya” Bakıya gəlir – FOTO

OXUNUB: 1068 MƏDƏNİYYƏT

Bakıda sentyabrın 9-11-də paytaxtımızda keçiriləcək İndoneziya Mədəniyyəti Günləri tədbirinin təqdimatı keçirilib.

 Tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani sentyabrın 9-da açılış mərasimi çərçivəsində indoneziyalı rəqqasələrin çıxışlarının olacağını, eləcə də, tədbirə "Miss İndoneziya”nın qatılacağının gözlənildiyini qeyd edib.

"Ardından Azərbaycanda yaşayan indoneziyalıların və İndoneziyanın dostlarının iştirakı ilə yürüş təşkil edəcəyik”, - deyə o bildirib.

Onun sözlərinə görə, sentyabrda Azərbaycana səfər edəcək nümayəndə heyətinin tərkibində həmçinin İndoneziyanın işgüzar dairələrinin nümayəndələri iştirak edəcəklər. Bununla əlaqədar sentyabrın 11-də onların azərbaycanlı həmkarları ilə işgüzar görüş keçirəcəyi planlaşdırılır.

Qeyd edək ki, bu, Azərbaycanda sayca ikinci İndoneziya mədəniyyəti festivalı olacaq./report

İcmal.Az

RƏYLƏR