Mitinqə iştirak etdiyi üçün işdən çıxarıldığı deyilən aktyor danışdı

OXUNUB: 658 SOSİAL

"Milli Şuranın oktyabrın 7-də "Məhsul” stadionunda keçirdiyi mitinqdə iştirak etməyimiz doğrudur. Amma mitinqdə iştirak etdiyimizə görə nə işimizdən uzaqlaşdırılmışıq, nə də seriallardan. Yayılan informasiyalar həqiqəti əks etdirmir. Hazırda məşqdəyəm".

Bu sözləri ölkə.az-a açıqlamasında Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Abbas Qəhrəmanovbarəsində yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib.

Qeyd edək ki, bəzi saytlarda əməkdar artist Abbas Qəhrəmanov və Ayşad Məmmədovun bir neçə gün öncə mitinqdə iştirak etdiklərinə görə işdən çıxarıldığı barədə xəbər yayılmışdı./oxu

İcmal.Az

RƏYLƏR