MKİ Şimali Koreyaya qarşı yeni mərkəz qurur

OXUNUB: 886 DÜNYA
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi Şimali Koreyaya qarşı yeni mərkəz qurur.

"Ölkə.Az" xəbər verir ki, "Koreya xidmət mərkəzi" Şimali Koreya problemini həll etmək üçün yaradılır.

MKİ-dən verilən açıqlamaya əsasən Koreya yarımadasından qaynaqlanan təhdidlərə qarşı qurulan mərkəz mənbə, güc və səlahiyyət ilə təchiz ediləcək.

MKİ direktoru Mayk Pompeo bildirib ki, mərkəz hərbi gücünü genişləndirmək məqsədi ilə son dövrlər  nüvə və raket sınaqlarını artıran Şimali Koreyanın ciddi hədələrinə qarşı Kəşfiyyat Qurumuna dəstək verəcək. Mərkəzin gələcəkdə Cənubi Koreya kəşfiyyat orqanları ilə də əməkdaşlıq edəcəyi bildirilir.
 
İcmal.Az

RƏYLƏR