MN: Erməni xüsusi xidmət orqanlarının dezinformatorları öz cəmiyyətini aldadır

OXUNUB: 1056 ERMƏNİSTAN

"Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər".


İcmal.Az
xəbər verir ki,bununla bağlı APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, qurum Ermənistan mətbuatında yayılmış növbəti uydurmadan xəbərdardır: "Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər".

 

 


İcmal.Az

RƏYLƏR