MN: Ermənilərin gözlərinə hər tərəfdə Azərbaycan əsgəri görünür

OXUNUB: 772 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. 

Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan xoflanırlar.

Ordumuz atəşkəs rejiminə tam riayət etməklə, düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib.

İcmal.Az

RƏYLƏR