MN: Ermənistan dövlət sərhədində təxribat törədib

OXUNUB: 342 ERMƏNİSTAN

Noyabrın 2-si saat 12:30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.

MN-dən İcmal.Az-a verilən məlumata görə, təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

İcmal.Az

RƏYLƏR