MN: Ermənistan televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən açılan atəşə cavab verilib

OXUNUB: 897 SOSİAL

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində cəbhə xəttində Ermənistanın "Şant” televiziya şirkətinin operatorunun bölmələrimiz tərəfindən açılan atəş nəticəsində yaralanması barədə yaydıqları məlumata münasibət bildirib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, "Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb.

"Eyni zamanda onu da bildiririk ki, Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür”, -deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. 

İcmal.Az

RƏYLƏR