Mobil operatorlar bir ayda 70 milyon manat qazanıblar

OXUNUB: 661 İQTİSADİYYAT

2018-ci ilin yanvar ayı ərzində informasiya və rabitə müəssisələri 141,8 milyon manatlıq xidmət göstərib.

İcmal.Az xəbər verir ki, onun 71,5 faizi əhali tərəfindən istehlak olunub.

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,0 faiz artıb.

Bu sahədə əldə edilən gəlirin 80,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 49,1 faizi və ya 69,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. 

İcmal.Az

RƏYLƏR