Moskva Bakıdan ermənilərə qarşı ayrı-seçkiliyi dayandırmağı tələb edir

OXUNUB: 718 SOSİAL

Kreml Bakıdan Azərbaycana səfər etmək istəyən erməni soyadlı Rusiya vətəndaşlarına qarşı diskriminasiyanı dayandırmağı tələb edib.

Rusiya bir neçə dəfə bu tələblə Azərbaycana müraciət edib.

"Bildirmək məcburiyyətindəyik ki, Azərbaycana gedən Rusiya vətəndaşları həqiqətən etnik mənsubiyyətinə görə diskriminasiyaya məruz qalır”, – Rusiya XİN-in oxşar hadisələrlə bağlı məlumatında qeyd olunub.

"İki ölkə arasındakı dostluq əlaqələri ilə bir yerə sığmayan bu xoşagəlməz diskriminasiya praktikasına son verməyi tələb etməkdə davam edirik. Təbii ki, biz yaranmış vəziyyətdən nəticələr çıxardacayıq” – Rusiya XİN-də bildirdilər.

Rusiya XİN-in məlumatına görə, bu ilin əvvəlindən 25 Rusiya vətəndaşını Azərbaycana buraxmaqdan imtina olunub. Bildirilir ki, onları bir neçə saatlıq, bəzən yeməksiz, susuz və tibbi yardımsız saxladıqdan sonra öz hesablarına geri qaytarırdılar./oxu

 

İcmal.Az

RƏYLƏR