“Moskva Krıma görə pul ödəsin” deyən həmkarına - Poroşenkodan cavab

OXUNUB: 600 DÜNYA

Çexiya prezidenti Miloş Zemanın Avropa İttifaqı Parlament Assambleyasında Krım barədə səsləndirdiyi fikirlər Petro Poroşenkonu hiddətləndirib.

Ukrayna lideri çex həmkarı Zemanın Moskvanın Kiyevə ödəniş etmə təklifi barədə çıxışına dərhal cavab verib. O bildirib ki, AŞPA tribunası torpaqların pul, neft və qaz müqabilində ticarəti üçün çağırışlara ayrılmayıb: "Mən Krım haqda "bitmiş məsələ" kimi danışanların fikirlərini qətiyyətlə rədd edirəm"

Xatırladaq ki, çex lider ötən gün Strasburqda Avropa İttifaqı Parlament Assambleyasında deputatlara müraciətində Moskvanın mübahisəni Kiyevə ödəniş etməklə nizamlaya biləcəyini, Ukraynaya maddi, yaxud neft-qaz formasında kompensasiya ödəyə biləcəyini demişdi. .qafqazinfo

 

İcmal.Az

RƏYLƏR