Moskvada Azərbaycanın “Nar bayramı” keçirildi – FOTO

OXUNUB: 984 MƏDƏNİYYƏT

Rusiyanın paytaxtı Moskvanın Taqanski mədəniyyət və istirahət parkında Azərbaycan mədəniyyətinə həsr olunmuş "Qranat” ümumşəhər bayramı keçirilib.

İcmal.Az-ın Report-un Rusiya bürosuna istinadla məlumatına görə, tədbir Moskva hökuməti ilə azərbaycanlıların Moskva Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilib.

Bayram zamanı aparıcılar nar meyvəsi ilə bağlı müxtəlif əhvalatlardan danışıblar.

Bayram üçün xüsusi hazırlanan "Şərq Bazarı" qonaqları nardan hazırlanmış ləziz kulinariya məhsullarının dadına baxmağa dəvət edib, baş aşbaz isə nar formasında orijinal tort hazırlayıb.

Bayramla əlaqədar əsas səhnədə "Adat" xalq rəqs ansamblı, Rəna İbrahimova, İlona Yankovskaya və başqaları çıxış ediblər.

 

İcmal.Az

RƏYLƏR