Moskvada azərbaycanlı qətlə yetirildi – VİDEO

OXUNUB: 609 HADİSƏ

Qətlə yetirlən şəxs dava edənləri sakitləşdirmək istəyərkən bıçaqla ürəyindən iki zərbə alıb.

Rusiyada azərbaycanlı qətlə yetirilib. Hadisə bir neçə dəqiqə əvvəl Moskva şəhərindəki ''Sodovod'' bazarında, ''Uzbekskaya kuxnya'' restoranında törədilib.

İcmal.Az xəbər verir ki, həmyerlilərimizin Criminal.az saytına verdiyi məlumata görə, öldürlən şəxs əslən Şamaxıdan olan gəncdir.

Restoranda yeyib-içən tanışlar arasında dava düşüb. Qətlə yetirlən şəxs dava edənləri sakitləşdirmək istəyərkən bıçaqla ürəyindən iki zərbə alıb. O, hadisə yerində keçinib.

Cinayəti törədən şəxslər ''Priora'' markalı avtomobillə qaçıblar. Qatil gedərkən cinayətdə istifadə etdiyi bıçağı restoranın qarşısındakı kanalizasiya quyusuna atıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanı əməkdaşları araşdırma aparır. Bütün ''Priora'' markalı avtomobillər saxlanılaraq yoxlanır.

 
İcmal.Az

RƏYLƏR