Moskvada azərbaycanlının qatili saxlanıldı

OXUNUB: 589 DÜNYA

Moskvada "Slavyan bulvarı” metrosu yaxınlığında hüquq-mühafizə orqanları əməkdaşları Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb.

 Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından olan mənbənin MK-ya verdiyi məlumata görə, ötən gün əvvəllər məhkumluğu olan 36 yaşlı Kabardin-Balkardan olan şübhəli şəxs Moskva Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxsin yanvarın 29-da metrostansiya yaxınlığında mübahisə etdiyi 32 yaşlı azərbaycanlını şahidlərin gözləri qarşısında güllələdiyi bildirilir./oxu

 

İcmal.Az

RƏYLƏR