Moskvada çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

OXUNUB: 776 DÜNYA

Rusiya paytaxtı Moskvada çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb.

 

 Bunu Moskva üzrə FHN Baş İdarəsinin rəis müavini Sergey Jeltov deyib.

 

Hadisə yerində 60 yanğınsöndürən briqada və 20 ədəd texnika işləyir.

 

Yanğın bir neçə müddətdir təmir edilən binanın 200 kv. m sahəsini əhatə edib. Yanğının baş verdiyi Yeni Arbat adlanan ərazidə 2 km uzunluğunda tıxac yaranıb. Yeni Arbatda yerləşən və xarici görünüşündən açılmış kitabı xatırladan "Kitab evi” ümumi ərazisi 28,9 min kv. m olan 26 mərtəbəli binadır. 1968-ci ildə inşa edilən bina Moskva meriyasının balansında olub. 2016-ci ildə bina auksion vasitəsi ilə özəl şirkətlərin birinə satılıb.

 

*** 13.17

 

Moskvada hündür mərtəbəli yaşayış binasında yanğın baş verib.

 

 Yanğını söndürmək üçün hadisə yerinə 20 yanğınsöndürən briqadası cəlb olunub.

 

Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisə baş verən zaman binada yalnız fəhlələr olub. Binada yerləşən restoranın personalı və müştərilər daxil olmaqla, 26 nəfər təxliyə olunub.

 

Yanmış binanın bir neçə müddətdir təmir edildiyi, yanğın sahəsinin isə 200 kv. m təşkil etdiyi bildirilir. Yanan binanın yaxınlığında qərargah yaradılıb. Yeni Arbatda yerləşən və xarici görünüşündən açılmış kitabı xatırladan "Kitab evi” 28.9 min kv m olan 26 mərtəbəli binadır. 1968-ci ildə inşa edilən bina Moskva meriyasının balansında olub. 2016-ci ildə bina auksion vasitəsi ilə özəl şirkətlərdən birinə satılıb/ria novosti

 

 

İcmal.Az.

RƏYLƏR