Moskvada icazəsiz etiraz aksiyasında saxlanılanların sayı 1000-i keçdi - YENİLƏNİB

OXUNUB: 625 DÜNYA
Rusiyada polis əməkdaşları qvardiyaçılarla birgə Moskvanın mərkəzində keçirilmiş icazəsiz aksiyada iştirak edən 1000 nəfərdən çox etirazçını saxlayıb.

"TASS” xəbər verir ki, bu barədə paytaxt polisinin mətbuat xidməti məlumat yayıb.

"Paytaxtın mərkəzində icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1074 nəfər saxlanılıb”, - məlumatda belə deyilir.

Onlar barəsində lazımi akt tərtib olunacağı bildirilir. Polisin hesablamasına görə, aksiyada ümumilikdə 3500-dən çox adam toplaşıb.(apa)


***

Moskvada müxalifətçi namizədlərin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq icazəsiz aksiya keçirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları icazəsiz mitinq keçirən iştirakçıların kütləvi saxlanılmasına başlayıb. 298 nəfərin polis bölməsinə aparıldığı qeyd olunur. Bəzi mənbələrdə isə bu rəqəm 320 qeyd olunur.

Moskva meriyasının binası önünə toplaşan etirazçılara əvəvlcə ictimai asayişi pozmamaq və aksiyanı dağıtmaq tələbi qoyulsa da, onlar buna əhəmiyyət verməyərək mitinqi davam etdiriblər.

Moskva meri Sergey Sobyanin şəhərdə nizam-intizamın tezliklə bərpa olunacağını deyib.(qafqazinfo)
 
 
İcmal.Az

RƏYLƏR