Moskvada polislər “Hamlet” tragediyasını oxuyan 10 yaşlı oğlanı saxlayıblar – VİDEO (18+)

OXUNUB: 892 DÜNYA

Rusiyanın paytaxtı Moskvada polislər "Hamlet” tragediyasını oxuyan 10 yaşlı oğlanı saxlayıblar.

Uşağın atası İlya Skvaronski bildirib ki, polislər uşağı dilənçilikdə şübhəli biliblər.

İ.Skvaronskinin sözlərinə görə, uşaq "Hamlet” tragediyasını oxuyan zamanı ona polislər yaxınlaşıblar. 

"Hüquq-mühafizə orqanlarının əməkdaşları ona qarşı zor tətbiq edərək xidməti avtomobilə əyləşdirərək polis bölməsinə aparıblar”.

Hadisədən sonra saxlanan oğlanın vəkili bildirib ki, polis məsələ ilə bağlı üzrxahlıq edib. İnsidentlə bağlı araşdırma aparılacaq.

Qeyd edək ki, videoda qeyri-etik sözlər istifadə edilir.

RƏYLƏR