“Exo Moskvı” radiosunun aparıcısını bıçaqlayan şəxsin kimliyi məlum olub - FOTO + YENİLƏNİB

OXUNUB: 732 DÜNYA

"Exo Moskvı” radiosunun aparıcısını bıçaqlayan şəxsin kimliyi məlum olub.

İcmal.Az-ın APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, Tatyana Felqenhaueri bıçaqlayan şəxs Boris Gertsdir.

O, radio əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib. 

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, T. Felqenhauerə bıçaqla hücum edən şəxs xarici vətəndaşdır. Həmin şəxs "Exo Moskvı” radiosuna gələrək, qapıda duran təhlükəsizlik xidməti əməkdaşına qarşı gözyaşardıcı qazdan istifadə edib və içəri daxil olub.  

Qeyd edək ki, bu gün günorta saatlarında naməlum şəxs "Exo Moskvı” radiosunun aparıcı Tatyana Felqenhauerə bıçaqla xəsarət yetirib. Boğaz nahiyəsindən yaralanan radio aparıcısı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Rusiya İstintaq Komitəsi T. Felqenhauerə hücumla bağlı "Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb.

***

15:03

Naməlum şəxslər bu gün  "Exo Moskvı”  radisostansiyasının redaksiyasına hücum ediblər və aparıcı Tatyana Felqenhaueri boğaz nahiyəsindən bıçaqlayıblar. 

 Bu barədə "İnterfaks”a radiostansiyanın baş redaktoru Aleksey Venediktov məlumat verib.

Baş redaktor bildirib ki, xəsarət alan aparıcı xəstəxanaya yerləşdirilib və hazırda onun həyati təhlükəsi yoxdur.

Hadisəni törədən şəxslər saxlanılıb və polisə təhvil verilib. 

 

İcmal.Az

RƏYLƏR