Moskvada silah baronunun oğlu İNTİHAR ETDİ

OXUNUB: 680 DÜNYA

Moskvada Gürcüstan əsilli rusiyalı iş adamı Mixail Xubutiyanın oğlu Nikoloz intihar edib.

İcmal.Az report-a istinadən xəbər verir ki, onun intiharının səbəbi məlum deyil. 

Hadisə baş verən zaman Mixail Xubutiya Fransanın Sen-Trope şəhərində dincəlirmiş.

Qeyd edək ki, M.Xubutiya Rusaiyada tanınmış iş adamı və ictimai xadimdir. "Rusiyadakı Gürcülər İttifaqı"nın qurucusu və "Vahid Rusiya" Partiyasının üzvüdür. O, "Kolçuqa" şirkəti Direktorlar Şurasının və "Şatyor ticarət evi"nin sədri, Moskvanın mərkəzində yerləşən "Qonaq həyəti" sərgi kompleksinin sahibidir.

M.Xubutiya Rusiyada "silah baron"u adı ilə də məşhurdur.

İcmal.Az

RƏYLƏR